Ana və övladı doğuş zamanı öldü - "Həkimlərin səhvi ucbatından"

Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb.

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Doğum şöbəsində dünyasını dəyişib.

Ana eyni zamanda övladını da itirib. N.Orucovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Mərhumun yaxınları ana və övladının həkimlərin səhvi ucbatından öldüyünü iddia edirlər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar