“Onun kimilərə dərs oldu...” - İlham Əliyev

“Bu ilin birinci rübündə də Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Ermənistan danışıqları dayandırmağa çalışır, ancaq buna nail ola bilməyəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bir neçə dəfə bəyan edib ki, "status-kvo" qəbuledilməzdir: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycan gündən-günə güclənir və bu məsələnin gec-tez ədalətli həll olunacağına əminəm.

Dağlıq Qarabağda qondarma “referendum” keçirməklə Ermənistan bir daha özünü biabır edib. Dərhal qonşular, Minsk qrupuna üzv ölkələr, Avropa İttifaqı və digər ölkələr bu “referendum”u pislədi, tanımadığını bildirdi. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini göstərmiş oldu.

Məsələnin digər uğurlu məqamı Dağlıq Qarabağa qanunsuz səfər etmiş xarici ölkə vətəndaşının Azərbaycana təhvil verilməsidir. Bu, həm bizim qanunları kobudcasına pozan şəxsə, həm də onun kimilərə dərs oldu”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar