Bakı sakinini şantaj edən şəxs ondan 108 min manat alıb

Dərc olunub: 10/04/2017 - 21:54

manat_180215Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.

Əlacsız qalan şəxs polisə müraciət edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.








loading...


Fikrinizi bildirin