İraq şiələrinin nüfuzlu nümayəndəsi Əsədin istefasını tələb edib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İraq şiələrinin nüfuzlu nümayəndəsi Müktadə əs-Sədr Suriya Prezidenti Bəşər Əsədin istefasını tələb edib. Xəbəri «DW» nəşri yayıb.

«Tarixi və qəhrəmanlıq qərarı qəbul etmək hələ ki, Əsəd üçün gec deyil» - deyə, əs-Sədr bəyan edib. Onun fikrincə, özünün «Suriyaya məhəbbətinə görə» verəcəyi istefa ilə Prezident Əsəd ölkəsini «terrorizm və müharibə əzablarından» xilas edəcək.

Maraqlıdır, vaiz öz tələblərini Əsədin ünvanına yönəlik komplimentlər və amerikalıların «Şayrat» aerodromunu atəşə tutumasının tənqidi ilə «bəzəyib». O, əmindir ki, ABŞ-ın hərəkətləri «bölgəni müharibəyə sürükləyir» və «İslam dövləti» cihadçı qruplaşmaların güclənməsinə kömək edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar