Yaponlar yerin bu üzündən deşib o biri üzündən çıxacaq

Dənizin dibinin öyrənilməsi üzrə Yaponiya Elm və Texnologiyalar Agentliyinin (JAMSTEC) alimlər qrupu yer qabığını bütünlüklə qazaraq mantiyaya çatmağın mümkünlüyünü bəyan ediblər.Tədqiqatçılar indiyə qədər əlçatmaz olan bu geoloji qabıqdan nümunələr götürməyi planlaşdırırlar.Virtualaz.org xəbər verir ki, bu barədə “Gizmodo” nəşri məlumat yayıb.

Bunun üçün yerin on min metrlərlə dərinliyində qazıntı aparmağa imkan verən “Chikyū” geoloji gəmisindən istifadə ediləcək.

Layihənin həyata keçirilməsinə başlamazdan əvvəl, alimlər qazmanın mümkün olduğu yerləri müəyyən etməlidirlər. Təklif olunan yerlərdən biri Havay adalarından şimal-şərqdə yerləşən rayondur. Sentyabrdan geoloqlar qazma aparmaq üçün seysmik dalğaların köməyi ilə bu yer qabığının strukturunu tədqiq edəcəklər. Mütəxəssislərin qiymətləndirməsinə görə, qazıma prosesi ən gec 2030-cu ildə başlana bilər.

Alimlər ümid edirlər ki, mantiyanın öyrənilməsi zəlzələlərin proqnozlaşdırılmasının daha dəqiq sistemlərini hazırlamağa imkan verəcək. Bundan başqa, qazıntı geoloqlara yer qabığının mantiyaya keçdiyi hissələrdə Moxoroviç sərhədinin xüsusiyyətlərini anlamağa kömək edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar