Kiyevdə Azərbaycan ruhu – Vaqif Nağıyev konsert verdi (FOTOLAR)

Dərc olunub: 11/04/2017 - 00:33

01“Ukraynanın səsi” müsabiqəsinin qaliblərindən olan azərbaycanlı ifaçı Vaqif Nağıyevin Kiyevdə solo konserti keçirilib.

AzPolitika.info-nun hazırda Ukraynada olan əməkdaşı xəbər verir ki, Kiyevin konsert salonlarından birində baş tutmuş konsertdə həm Azərbaycan, həm də xarici bəstəkarların mahnıları ifa olunub. V.Nağıyev “Ukraynanın səsi” yarışmasında ona uğur gətirmiş mahnılardan bir neçəsini də tamaşaçılarına ərmağan edib. Bundan başqa, ifaçı “İlk məktub” adlı yeni mahnısını da təqdim edib.

Tədbirə qonaq qismində qatılmış istedadlı tar ifaçısı Şəhriyar İmanovun çıxışı da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertə V.Nağıyevi müxtəlif ölkələrdən gəlmiş musiqiçilər müşaiyət edib.

Qeyd edək ki, konsertin təşkilatçılığında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) yaxından iştirak edib.

Konsertdən çəkilmiş fotoları təqdim edirik.

02030403






loading...


Fikrinizi bildirin