26 yaşlı gənc intihara cəhd etdi - İşdən çıxarıldığına görə

intihar dermanSalyanda intihara cəhd hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 26 yaşlı Adil Yadigar oğlu Əliyev çoxlu dərman qəbul edərək özünə qəsd etmək istəyib. Yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan A.Əliyevə ilk tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, A. Əliyev çalışdığı şirkətdə işdən çıxarıldığı üçün belə bir addım atıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar