““Xəzər adaları”nda işləri bərpa edirəm” - Hacı İbrahim

ibrahim-1024x683“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) icrası dayandırılan “Xəzər adaları” layihəsinin reallaşması üçün son tamamlama işlərinin görüldüyünü deyib.

Bu haqda Modern.az-a məlumat verən iş adamı aprel ayının sonundan etibarən işlərin davam etdiriləcəyini bildirib:

Xarici investorlarla danışıqlar aparılıb, razılıq əldə edilib. Bu ayın sonundan işlərə başlayacağıq. Kim də bu layihənin reallaşacağına inanmır, inanmasın. Kimlərisə buna inandırmaq məcburiyyətində deyilik”.

Qeyd edək ki, Hacı İbrahim bundan əvvəl Modern.az-a verdiyi açıqlamada 2016-cı ilin oktyabrın 1-dən etibarən işlərə başlayacağını desə də, bu vaxta qədər hansısa işlər görülməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar