TİLLERSON RUSİYAYA ULTİMATUM VERDİ! - Ya ABŞ, ya da Əsəd!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson İtaliyanın Lukka şəhərində bəyan edib ki, Rusiya seçim etməlidir: ABŞ və onun həmfikirlərinə qoşulmaq, ya da Suriya Prezidenti Bəşər Əsədin tərəfində qalmaq!

«The Associated Press» agentliyinin məlumatına görə, Tillerson bəyan edib ki, hələlik aydın deyil - Rusiya Suriyada öz öhdəliklərini yerinə yetirə bilməyib, yoxsa qeyri-kompetent vəziyyətinə düşüb. Amma bu fərq «ölü üçün o qədər də böyük əhəmiyyət daşımır».

Bu yaxınlarda İdlib əyalətində baş vermiş kimyəvi hücum barədə danışarkən, Tillerson deyib: «Biz, imkan verə bilmərik ki, belə hadisə təzədən təkrar olunsun».

Dövlət katibi qeyd edib ki, Vaşinqton hesab etmir ki, Suriyanın gələcəyində Bəşər Əsədin hər-hansı rolu var, amma Birləşmiş Ştatlar Suriya Prezidentinin siyasi səhnədən hansı yolla gedəcəyi barədə əvvəlcədən ehtimal irəli sürmür.

Tillerson İtaliyanın Lukka şəhərində «Böyük yeddilər»in xarici işlər nazirlərinin görüşündə iştirak edir. Görüş başa çatdıqdan sonra onun Moskvaya gedəcəyi bildirilir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar