Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qezada-sinmish-padpres-180912Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Küçərli kənd sakini, 2002-ci il təvəllüdlü Yunusov Nicat Səməd oğlu yolu keçərkən VAZ 2107 markalı avtomobil tərəfindən vurulub.

Xəsarət alan N. Yunusov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır, sürücünün kimliyi dəqiqləşdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar