Türkiyə-Suriya sərhədində beton divarın 556 km-i tikilib

“Sərhədlərin fiziki təhlükəsizliyi layihəsi çərçivəsində Suriya ilə sərhəddə 556 km beton divarın tikintisi başa çatıb”.

“Report” xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi bu məlumatı Twitter səhifəsində yayıb.

Məlumata görə, divar beton blokdan ibarətdir. Hər blokun çəkisi 7 ton, eni 2 metr, hündürlüyü isə 3 metrdir. Divarın tikilməsində əsas məqsəd Suriyadan terrorçuların və qaçaqmalçıların Türkiyə ərazisinə girməsinin qarşısını almaqdır.

Qeyd edək ki, Türkiyə ilə Suriya arasında sərhədin uzunluğu 911 km-dir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar