Paytaxt sakini xalq artistini oğurluqda ittiham edir - VİDEO

Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxardan zaman sırğasını itirib. Daha sonra onu tapmaq üçün restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarınn görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.

"AzPolitika" Xəzər TV-yə istinadən məlumat verir ki, məsələ ilə bağlı xalq artisti Ramiz Məmmədov deyir ki, onun tapdığı başqa bir əşya olub və o, bu əşyanı toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.

Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Kamera görüntülərində sadəcə görünən Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar