“Azərbaycanda alternativ enerjidən istifadə 17 faizə yaxındır” - Əflatun Amaşov

eflatun“Bu gün yeni texnologiyaların inkişafı alternativ enerjidən istifadəni asanlaşdırıb. İndi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr yeni texnologiyalardan istifadə etməklə günəş, külək və bio enerjidən istifadə edirlər”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin üzvü Əflatun Amaşov söyləyib.

Onun sözlərinə görə, dünyada neftin, qazın və digər karbohidrogen ehtiyatlarının azalması müşahidə olunması alternativ enerjidən istifadənin zəruriliyi daha da artırıb.

O deyib ki, bu gün Azərbaycanda da alternativ enerjidən istifadəyə xüsusi diqqət yetirilir: "Ölkəmiz neft və qaz hasil etsə də alternativ enerjidən də istifadə edir. Son məlumatlara görə, hazırda Azərbaycanda alternativ enerjidən istifadə təqribən 17 faizdir. 2020-ci ildə bu rəqəmin 20 faizə çatdırılması nəzərdə tutulub."

"Hazırda bir çox ölkələrdəenerjiyə olan tələbat külək enerjisindən, günəş enerjisindən və bio enerjidən istifadə olunmaqla ödənilir. Bu gün inkişaf etmiş ölkələrdə alternativ enerjidən istifadə təxminən 20 faiz, dünyada isə 17 faiz təşkil edir. 2020-ci ildə inkişaf etmiş ölkələrdə bu rəqəmin 40 faizə, dünyada isə 20 faizə çatdırılması planlaşdırılır. 2050-ci ildə isə bu rəqəmlərin müvafiq olaraq inkişaf etmiş ölkələrdə 70 faizə, dünyada isə 30 faizə qədər artırılması nəzərdə tutulub" - Ə.Amaşov bildirib.

Xatırladaq ki, Ə.Amaşov QDİƏT PM-in Tbilisidə keçirilən komitə iclasında da alternativ enerjidən istifadənin perspektivləri mövzusunda çıxış edib, Azərbaycanda alternativ enerjidən istifadə barədə iclas iştirakçılarına məlumat verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar