Hava limanından Qəbələyə və Şahdağa dəmiryolu çəkiləcək - VİDEO

Bakıdan Qəbələyə eyni zamanda Qusar rayonuna dəmir yolu xətti çəkilə bilər. Bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açıqlayıb. İqtisadçılar isə hesab edir ki, bu layihə həm turizm, həm də nəqliyyatın inkişafına təkan verə bilər. Bakıdan Qəbələyə və Qusara dəmir yolu xətti çəkiləcək. Azərabaycan Dəmiryolları qapalı səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov verdiyi məlumaya görə hazırda bu xətlərin layihələndirilməsi həyata keçirilir.

İqtisadçı Vüqar Bayramov bildirir ki, layihənin həyata keçirilməsi üçün Asiya İnkişaf bankı və digər beynəxalq qrumlardan rahatlıqla kredit cəlb etmək mümkündür. Daha sonra buradan əldə edilən gəlirlər, həm borcu qaytarmaq, həm də əlavə gəlir əldə etmək mümkündür.

Bununla yanaşı qarşıdakı 3 il ərzində ölkə daxili dəmiryol nəqliyyatında da yeniliklərin edilməsi gözlənilir.

Hazırda Bakı-Tblisi-Qars və Astara - Rəşt dəmiryolu xətlərinin inşası davam etdirlir. Bu xətlərin inşası başa çatdıqdan sonra Bakıdan Naxçıvana və Türkiyəyə qatarla getmək mümkün olacaq. (“Xəzər TV”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar