Bərdədə mənşəyi məlum olmayan ətlər aşkarlandı - FOTO

Bərdə rayon sakininin avtomobilində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan ətlər aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) məlumatında bildirilir.

Aprelin 11-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonundan Bakı şəhəri istiqamətində hərəkət edən Bərdə rayon sakini Ələkbərov Amil Elşən oğlunun idarə etdiyi "Mersedes Benz " markalı 09-BO-220 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirmişlər. Kürdəmir rayonunda yerləşən 121-ci Dövlət Yol Polisi Postunda saxlanılan minik avtomobilinin arxa oturacağında(salonda) və yük yerində antisanitar vəziyyətdə, polietilen torbalarla bükülmüş, satış üçün nəzərdə tutulan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan budları və bel ətləri aşkar olunmuşdur.

Avtomobilin arxa oturacağına(salonuna) və yük yerinə yığılmış ümumi çəkisi 700 kq olan ətlərdən qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Avtomobildə aşkar olan heyvan budları və bel ətlərinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmişdir. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilmişdir.

Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcəkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar