İdlibdə "zarin" qazı tətbiq olunub! - Türkiyə səhiyyə nazirliyi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın İdlib əyalətində zəhərli qaz «zarin» tətbiq olunub. «Anadolu» agentliyinin məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağ bəyan edib.

Nazir təsdiqləyib ki, Suriyada kimyəvi hücum qurbanlarının qanında və sidiyində metilfosfon turşusu floranhidridinin izopropil efiri - "zarin" qazının metoboliti aşkar edilib.

Xatırladaq ki, aprelin 4-də İdlib əyalətinin Xan Şeyhun şəhərciyində kimyəvi silahın tətbiqi nəticəsində 100-dən artıq insan həlak olub və çoxu uşaq olmaqla, 500 nəfərdən artıq insan zərər çəkib.

Məlumat üçün bildirək ki, "zarin" qazı əsəb-iflic təsirli kimyəvi silahdır (kütləvi qırğın silahı) - bu qismdən olan «zaman» və «V-qazı» ilə bərabər, keçmiş SSRİ-nin kimyəvi silah arsenalının əsas növlərindən biri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar