"Bilin, bədəlini çox ağır ödəyəcəksiz" -  İranın müdafiə naziri

dehqanİranın müdafiə naziri Hüseyn Dehkan ABŞ-ın Suriyanı təkrar vuracağı təqdirdə, bunun cavabsız qalmayacağını bəyan edib.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, İranın müdafiə naziri bunu Rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında deyib.

Məlumata görə, iki nazir Suriyadakı vəziyyəti müzakirə ediblər:

"Müzakirə zamanı hər iki nazir ABŞ-ın Suriyanı vurmasını beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər".

İranlı nazir Dehkan isə "Əgər Amerika Suriyaya təkrar hücum edərsə, bunun bədəlini ağır ödəyəcəklər. Bilməlidirlər ki, hücumları cavabsız qalmayacaq", – deyə, bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar