Geosiyasi gərginlik fonunda qızıl bahalaşır!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dünyada yaşanan geosiyasi gərginlik fonunda qızıl getdikcə bahalaşır.

Xəbər verilir ki, Şimali Koreyanın nüvə sınaqları hədəsi, Yaxın Şərqdəki münaqişələr və Fransada gözlənilən prezident seçkiləri səbəbilə, bugükü hərraclar zamanı dünya bazarında qızılın qiyməti 0,2 faiz qalxıb.

Bakı vaxtı ilə saat 15:37-yə qızılın unsiyası 1257,49 dollara satılıb ki, bu da bazar ertəsindəki qiymətlə (1254,23 dollar) müqayisədə 0,24 faiz yuxarıdır.

«Röyter» agentliyi xəbər verir ki, ABŞ-da qızıl fyüçersi 0,41 faiz yüksəlib və bir unsiya üçün 1258,9 faizə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar