Avroittifaq İrana qarşı sanksiyaların müddətini uzatdı!
Baxiş sayı:
Dərc olunub:
12/04/2017 - 00:02
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) guya, insan haqlarını pozduğuna görə, İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini 2018-ci ilin aprelinə qədər uzadıb.
Tətbiq olunmuş məhdudiyyət Aİ-na səfərlərin qadağan edilməsini, 82 fiziki şəxsin və bir hüquqi şəxsin bank hesabının dondurulmasını nəzərdə tutur.
Bundan başqa, rabitə kanallarının izlənməsi üçün istifadə oluna biləcək avadanlıqların və daxili repressiyalar üçün istifadə edilə bilən təchizat mallarının İrana ixracı da qadağan olunub.
Brüssel anti-İran sanksiyalarını ilk dəfə 6 il bundan əvvəl tətbiq edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.