AMERİKANIN QORXMALI OLDUĞU 5 ÇİN SİLAHI – Siyahı (Analitik təhlil)

ABŞ-ın “The National İnterest” jurnalı hərbi məsələlər haqqında müxtəlif səpkili yazılarla çıxış edən ekspert Kayl Mizokaminin “Amerikanın qorxmalı olduğu Çinin silah sistemləri” və “Çinin qorxmalı olduğu Amerikan silah sistemləri” adlı məqalələrini dərc edib. AzPolitika.info bu maraqlı məqalələrin birincisinin tərcüməsini təqdim edir.

“Amerikanın qorxmalı olduğu Çinin silah sistemləri”

Çin son 20 ildə irəliləyərək regional gücdən, böyük qlobal hərbi gücə kimi yüksəlib. Hələ 30-40 il bundan qabaq Çin ordusu köhnəlmış hərbi texnikaya və say etıbarı ilə düşməndən çox olmasına söykənirdi. İndi isə Çinin Hərbi Dəniz Qüvvələri öz sahillərindən çıxaraq, geniş dünya okeanına açılmağa başlayıb. Hərbi Hava Qüvvələri isə aktiv şəkildə beşinci nəsil qırıcı təyyarələrin hazırlanması ilə məşğuldur. Quru qoşunları da masştablı modernizasiya prosesindədir. Çində xeyli sayda müxtəlif böyük hərbi sistemlər və qurğular hazırlanır. Bunların əksəriyyəti öz döyüş potensialına görə ciddi təhlükə saçır. Həm amerikanlar, həm də ki, Çinin qonşuları onun hərbi hazırlıqlarını maraq və narahatlıqla izləyirlər. Pekin özünün Şərqi-Çin və Cənubi-Çin dənizindəki ərazi iddialarına hərbi cəhətdən tam hazır olduğunu nümayiş etdirmək istəyir. Bu məqsədlə Çinin qəti və sürətli hərbi aksiyalar həyata keçirməyə imkan verə biləcək silahlarla silahlanması regional böhranın Vaşinqtonun da iştirak edəcəyi daha böyük və masştablı qarşıdurmaya çevrilməyə doğru aparır. Çin ABŞ-la böyük masştablı olmasa da, müəyyən kiçik bir böhranın yaşana biləcəyini qəbul edir. Ona görə də bu vəziyyətlə əlaqədar müvafiq planlar hazırlayır. Çin Xalq Respublikası konkret olaraq Amerikan güclərinin onun sərhədləri yaxınlığındakı ərazilərdə hərəkətini məhdudlaşdırmaqdan ötrü yeni silahlar yaratmağa xeyli pul xərcləyir. Nəzərdə tutulan bu silahlar Amerikan güclərinin Çinin daxili müdafiə zonalarına girməsini məhdudlaşdırmaq məqsədi daşıyır. Bu zonalar Kuril adaları, Yaponiya, Tayvan, Filippin və Borneo adalarıdır. Yəni birinci adalar zənciridir.

Çin və ABŞ arasında müharibənin başlaması şansı böyük deyil və tərəflərdən heç biri digərinə qarşı döyüşmək üçün köklənməyib. Ancaq buna baxmayaraq, mövcud maraqların ziddiyyət təşkil etməsi müharibə imkanlarını tamamilə istisna da etmir. Bütün bunları nəzərə alaraq, biz ABŞ-ın qorxacağı Çinin beş mühüm silah sistemi haqqında danışacağıq.

GƏMİLƏRƏ QARŞI BALLİSTİK “DF-21D” RAKETLƏRİ

Amerikan gücləri üçün Asiya –Sakit oken regionunda ən təhlükəli sayıla bilcək silah, gəmilər əleyhinə ballistik “Dong Feng-D” raketləridir. Buna qısaca “Dunfen” deyirlər. Aviadaşıyan gəmilərin qatili adını almış bu orta mənzilli balistik raketlər, Amerika aviadaşıyan gəmilərini hədəf almaq üçün nəzərdə tutulub. ”DF-21D” raketləri yer sistemlidir və səsdən hiper sürətli üçuşa malikdir. Onun maksimal uzağa uçuş məsafəsi 1500 kilometrdir. ”Dunfen -21D” raketləri quraşdırıldığı rampadan fəzaya buraxıldıqdan sonra atmosferin yuxarı qatlarında enmə aparatı kimi öz başlığını tullayır və hiper sürətlə hədəfə doğru yönəlir. Sürətini artırmaqla yanaşı, yaranan kinetik enerji nəticəsində raket ən iri gəmilərə böyük ziyan vurmaq gücündədir. Belə bir fikr var ki, ”DF-21D” raketləri hədəfə birbaşa zərbə vurarsa aviadaşıyan gəmini tamamilə sıradan çıxara və hətta onu batıra da bilər. Təkərli texnika üzərində mobil qaydada hərəkət edən kompleks olduğundan ”Dunfen” raketinin buraxılış yerini təsbit etmək çətin iş olacaq. Həm də ki, raketin döyüş bloku hiper sürətlə uçduğuna görə onu vurmaq hədsiz mürəkkəb bir məsələ hesab edilir (Ancaq onu vurmaq mümkündür).

“DF-21D” raketlərinin də öz Axilles dabanı mövcuddur. Bu düşmənin yerini dəqiq təyin etmə cihazları, relye stansiyası və mərkəzi idarəetmə arasındakı zəncirvari əlaqə kompleksindəki çatışmamazlıqdır. Gəminin yerini təsbit etmək üçün onun harada olduğunu dəqiq bilmək və hərəkət kursunu müəyyənləşdirdikdən sonra raket zərbəsinin vurulması tələb olunur. Bu ardıcıllıq təşkil edən vahid bir zəncirin həlqələri kimidir. Əgər bunlardan hər hası biri qırılarsa ümumi proses pozulacaq və nəticədə isə “DF-21D”-in müvəffəqiyyətli atışı alınmayacaq. Digər yandan, aviadaşıyanları məhv etməkdən ötrü xeyli miqdarda dənizdə kəşfiyyat məlumatlarına ehtiyac yaranır ki, bu da müəyyən mənada Çinin çatışmayan tərəfləri sırasındadır.

Təxminən 2013-cü ilın əvvəllərində “DF-21D”-nin sınaqdan çıxarılmasına start verilib. Bu sınaq zamanı ”Dunfen” raketi Qobi səhrasında yerləşdirilən gəmi maketini müvəffəqiyətlə vura bilib. Çinlilər ”DF-21D” raketlərini hərbi hissələrin döyüş cərgəsinə qoşsalar da, onu müşahidə edəcək zəncirvari komplekslərin işə salınması prosesini tam formalaşdırmayıblar. Bütün nəzərdə tutulan komplekslərin ardıcıl və dəqiq işləməsini təmin etmək üçün illərlə vaxt gərəkdir. Ancaq bütün bunlara baxmayaraq, çinlilərin ixtiyarında bir zərbə ilə 5600 amerikalını məhv edəcək və 70 təyyarənı dağıdacaq silahın peyda olması dərindən fikirləşməyi və ayıq olmağı tələb edir.

“ÇENDU J-20” QIRICI TƏYYARƏLƏRİ

Çinin ilk beşinci nəsil iki mühərrikıli qırıcı təyyarələri nümayış və hazırlıq fazasını keçir. “Çendu J-20”-nin həyata keçirəcəyi bütün məqsədlər tam bəlli deyil, ancaq onun möhkəm konstruksiyası bu təyyarənin çox funksyalı olacağından xəbər verir. Bu təyyarə uzaq məsafələrə uça biləcək və yüksək sürətlə radarlardan yayınma göstəricilərinə malik olacaqdır. Ancaq hələlik çox çətin ki, ”J-20”-i müasir “stels” texnologiyası ilə təmin edilsin. Hazırda Çin bu cür təyyarələrin üç prototipini hazırlayır. Təcrübə nümunəsi bu ilin mart ayında sınaqdan çıxarılıb. Çin Hərbi Hava Qüvvələrinin sıralarına “J-20” qırıcıları tam formada təxminən 2020-ci ildə qoşulacaq. Üçkünc qanadı və qeyri adi konstruksiyaya malk burun hissəsindəki hərəkətli sükanı və qoşa füzelyajaltı kili ilə “J-20” Çinin ən ambisiyalı layihələrinə daxildir. Belə hesab edilir ki, bu təyyarə müasir radiolakasiya stansiyası və “hava-gəmi”, ”hava-yer”, ”hava-hava” raketləriylə təchiz edilib. Amma hər şeydən əvvəl, ”J-20” qırıcılarının əsas işı havadakı yüksək üstünlüyü əldə etməkdən ibarətdir. Uzaq məsafələri qət etməsi bu təyyarələrin Çin sahillərindən uzaqlara gedərək, Amerikanların “B-1” və “B-2” bombardmançı təyyarələrınə hücum etmək imkanını da göstərə bilər. ”J-20”- lər həmçinin uzaq məsafələr qət edəcəyindən, mübahisəli ərazilər üzərində patrul uçuşları da həyata keçirəcələr .

Çin “J-20” təyyarələrini amerikanların aviasiyaya dəstək qruplarına qarşı da istifadə edə bilər. ”Boeing E-3 Sentry” və “E-2C Hawkeye” və havada yanacaq dolduran ”KS-135”, ”KS130” təyyarələri amerikanların uzaq məsafələri qət eməsi üçün çox vacib vasitələrdir. ”Hava-hava” raketləri ilə təchiz olunan və uzağa uça bilən “J-20”-lər ABŞ-ın bu tip təyyarələrinə hücum etmək şansı qazandırır. ”J-20”-lərin digər bir nəzərdə tutulan funksiyası ameikan gəmilərinə və Asiya-Sakit okean hövzəsi regionundakı hərbi bazalarına zərbə vurmaqdır. Yalnız zaman “J-20”-lərin qarşıya qoyduqları məqsədləri necə yerinə yetirə biləcəyini göstərəcəkdir.

SPUTNİK ƏLEYHİNƏ SİLAH

Bir neçə onilliklər ərzində Amerikanın hərbi kosmik vasitələri ABŞ Hərbi Qüvvələrinə döyüş məkanında nəzərəçarpacaq üstünlüklər verib. ABŞ-ın kontinental hissəsi ilə Asiya-Sakit okean regionu arasındakı məsafə bir neçə on min millə ölçülür və bu əraziləri geniş masştablı nəzarət altına almaqdan ötrü kosmosdakı peyklər amerikanların hərbi döyüş metodu üşün çox vacibdir. Çində fəaliyyətdə olan peyk əleyhinə bir ədəd “SC-19” silahı var. ”DF-21D” balistik raketlərinin müxtəlif forması kimi peyk əleyhinə “SC-19” ballistik raketləri kinetik “KT-2” tutucu silahla təchiz edilib. Kosmosa buraxıldıqdan sonra “KT-2” infraqırmızı datçiklərlə hədəfə tuşlanır. ”KT-2”-də partlayicı maddə daşıyan döyüş başlığı yoxdur. ”KT-2” rəqibin peykini, onunla birbaşa toqquşma nəticəsində məhv edir. 2007-ci ildə kinetik tutucu olan “KT-2” tərəfindən Çin oz köhnəlmiş peykini vurub sıradan çıxarmışdı. 2013–cü ilin may ayında Çin eksperiment kimi yüksəkliyə qalxan radiotelemetrik aparatla təchiz edilmiş raket buraxıb. Amerikan kəşfiyyatı belə hesab edir ki, belə bir raket peyk əleyhinə “SC-19- KT-2”-nin sınaq buraxılışı olub. Belə hesab edilir ki, ”SC-19” raketi orta mənzilli orbitə çıxarıla bilər. Bu isə öz növbəsində Amerikanın naviqasiya sistemli peykləri üçün böyük təhlükə törədəcəkdir. Çinin peyk əleyhinə silahları-kəşfiyyat, rabitə və naviqasiya da daxil olmaqla müxtəlif tipli amerikan peyklərinə qarşı isifadə edilə bilər. Bu cür peyklərin itkisinə məruz qalan ABŞ-ın Çin ərazisində kəşfiyyat əməliyyatları aparmaq imkanları xeyli çətinləşəcək.

Bəzi məlumatlara görə Çin “SC-19”-u təkərli maşınlar üzərində quraşdırmaq və mobil atəş vəziyyətinə gətirmək istəyir. Çinin 3 milyon kilometrdən artıq asfalt örtüklü yolları olduğundan belə bir mobil sistemin harada hərəkət etdiyini müəyyənləşdirmək və onu məhv etmək hədsiz dərəcədə müşküldür.

UNİVERSAL DESANT-GÖYƏRTƏ GƏMİSİ “071” (“Çinçenşan ”tipli universal desant gəmisi)

Çində “proekt 071” adlanan universal desant gəmisindən üç ədəd var. Bunlar ”Kunlunşan”, ”Çzinqinşan” və “Çanqbayşan”-dır. Bu gəmilər düşmən sahilinə desant çıxarmaq üçün nəzərdə tutulur. Əlavə, bu layihədən və həm də ki, uçuş göyərtəsi olan altı ədəd yeni universal desant gəmilərinin istifadəyə verilməsi gözlənilir (Amerikanın”Uosp” tipi kimi).

“071”-lər Şanxayda “Xudum Çjunxua” şirkəti tərəfindən hazırlanır. Bu gəmilərin su basımı 20 min ton, uzunluğu 200 metrdir. Belə gəmilər bir batalyon dəniz piyadaları (400- 800 nəfər) və 18 ədəd zirehli maşın daşıya bilmək gücünə malikdir. Gəmilərin göyərtəsi eyni zamanda iki ədəd W-9 vertolyotlarının köməyi ilə də desant daşıya bilir.

“071” desant gəmisi düşməni qorxutmaq və ya Tayvanı işğal etmək məqsədi ilə də istifadə oluna bilər.

HÜCUMA YÖNƏLİK KİBER ƏMƏLİYYATLAR

Çinin Xalq Azadlıq Ordusu konfliktin başlanğıc mərhələsində “elektron üstünlük” nailiyyətini uğurun əsas təminatçısı sayır. Amerikanın Çinin beş tip silahı içərisində daha çox çəkindiyi silah, “kibernetik hücüm əməliyyatlarıdır”. ”Kibernetik hücum əməliyyatı” anlayışı psixoloji əməliyyatlar, rəqibin texnika və infrastrukturunun məhv edilməsi kimi geniş fəaliyyət spektrlərini də əhatə edir. Çinin elektron ordusu bu cür üstünlüklə rabitə şəbəkələri üzərində nəzarət, ziyanverici proqram təminatlarını elektron vasitələrə daxil etmək və hətta internetdə dezinformasiya kampaniyası aparmağı da həyata keçirə bilər. Hücuma yönəlik kibernetik vasitələri ənənəvi döyüş fəaliyyətləri ilə birlikdə yerinə yetirildikdə, tamamilə yeni bir cəbhə açılmış olacaqdır. Məsələn, kiber əməliyyatlar aparmaq hesabına düşmənin kompyuter şəbəkəsinin işini korlaya və həmçinin aviyasiya və raket zərbələri ilə onları məhv edər. Çinin kiber hücum əməliyyatları, hərbi hədəflərlə yanaşı coğrafi yerləşmə məkanından asılı olmayaraq mülkü hədəflərə də mühüm zərbə endirmək planını da həyata keçirə bilər.

Çin ordusunun baş qərargahının üçüncü idarəsi kiber hücum əməliyyatlarının hazırlanmasını yerinə yetirən orqandır. Bu orqan amerikanların Milli Təhlükəsizlik Agentliyinin anoloqudur. Orada çalışanların sayı 130 min nəfərdir. Təşkilatı baxımından bu qurum 12 operativ şöbədən və üç elmi tədqiqat institundan ibarətdir.

Üçüncü idarənin nəzdnində “h/h 61398” kimi tanınan bölmənin işı yalnız ABŞ-a qarşı əməliyyatlar üçün nəzərdə tutulub. ”2049” layihə institunun məlumatına əsasən, baş qərarhgahın dördüncü idarəsi radio elektron mübarizə, radio texniki kəşfiyyat əməliyyatlarının həyata keçirilməsini planlaşdırır.

Ancaq kiber ordunun şəxsi heyyətinin say çoxluğuna baxmayaraq, Çinin kiber vasitələri tam formada müasir deyil. Məsələn, Çinin “Stuxnet” kimi kiber hücum vasitəsini yarada biləcəyinin hələlik heç bir əlaməti görünmür.

ABŞ internet və elektron şəbəkəsi texnologiyasında dünya lideridir. Ancaq bu sektordakı inkişaf tempinin sürət istiqaməti dəyişikliklərin də tez baş verə biləcəyi anlamına gəlir.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar