Türkiyənin nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrində olub

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə admiral Bülent Bostanoğlu arasında keçirilən görüşdə ölkələrimizin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonda Türkiyə nümayəndə heyətinə Azərbaycanın Hərbi Dəniz Qüvvələri haqqında brifinq təqdim edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar