Belarus Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqına qoşulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsini imzalayıb.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont məlumat verib.

Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsi 2009-cu ildə qəbul edilmiş Gömrük İttifaqının Gömrük Məcəlləsini əvəz edəcək. Sənəd Avrasiya İqtisadi Birliyi çərçivəsində vahid gömrük tənzimlənməsinə keçid üçün zəruri əsası qoymaq üçün nəzərdə tutulub. AİB-nin Gömrük Məcəlləsinin 1 iyul 2017-ci il tarixdən qüvvəyə minəcəyi güman edilir.

Qeyd edək ki, Gömrük İttifaqına Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus və Ermənistan daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar