“Samsung” yenidən dünyanın ən böyüksmartfon istehsalçısıdır

A woman walks past a logo of Samsung Ele“TrendForce” analitik şirkəti cari ilin birinci rübündə dünyada 307 milyon smartfon buraxılmasını və bunun əvvəlki rübdən 23 faiz az olmasını açıqlayıb.

Azərtac “Ferra” resursuna istinadən xəbər verir ki, hesabat dövründə “Samsung” şirkəti bazarın 26,1 faizinə sahib çıxaraq birinci yeri tutub. Bu, ötən rübdə Cənubi Koreya istehsalçısının payının 18,5 faiz olması nəzərə alınmaqla böyük artım hesab olunur. İkinci yeri tutan “Apple” şirkətinin payı, əksinə, 20,3 faizdən 16,9 faizədək azalıb.

Üçüncü yerdə qərarlaşan Çinin “Huawei” istehsalçısının bazar payı dəyişməz (əvvəlki 11,3 faizə nisbətdə 11,4 faiz) qalıb. Sonrakı pillələrdə “Oppo” (8,8 faizdən 8,1 faizədək azalma), “Vivo” (7,1 faizdən 6,2 faizədək azalma), “LG” (5,8 faizdən 4,6 faizədək azalma) şirkətləri yer alıb.

Çinin smartfon istehsalçıları arasında isə mütləq lider 24,7 faiz payla “Huawei” şirkətidir, ikinci və üçüncü yerdə müvafiq olaraq “Oppo” (17,6 faiz) və “Vivo” (13,4 faiz) qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar