Tramp Kim Çen Ina qarşı - “Mən Obama kimi etməyəcəyəm”

“Şimali Koreyaya qarşı tədbirlər davam etdiriləcək”.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” televiziyasına müsahibəsi zamanı deyib. O, Şimali Koreyaya qarşı əhəmiyyətli tədbirlər görməklə bölgədəki müttəfiqlərini qoruyacaqlarını bildirib: “Şimali Koreyanın nüvə proqramıyla əlaqədar tədbirlərimiz davam edəcək. Bölgəyə çox güclü bir donanma göndərmişik. Hərbi əməliyyatlar üçün gücümüz yetərincədir. Mən Obama kimi əvvəlcədən məlumat vermirəm. O, Mosul əməliyyatı haqda əvvəlcədən məlumat vermişdi. Bu da əks tərəfin hazırlıqlı olmağına səbəb olmuşdu. Mən isə belə etməyəcəm”.

Qeyd edək ki, ABŞ Şimali Koreyaya qarşı təzyiqləri gücləndirib. Vaşinqton artıq Cənubi Koreyaya “Karl Vinson” təyyarədaşıyan gəmisini də göndərib. ABŞ rəsmiləri Şimali Koreya probleminin hərbi yolla həll edilməsinin istisna edilmədiyini bildiriblər.(axar.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar