Dünən qiyməti 56 $ ötən Azərbaycan neftinin bugünkü qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 55,93 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,23 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 55,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 11-də 52,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 11-də 54,67 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar