“Boko Haram” ABŞ və Britaniya səfirliklərini partlatmaq istəyib

150213141329_boko_haram_640x360_afp_nocreditNigeriya təhlükəsizlik qüvvələri “Boko Haram” terrorçularının Abucada yerləşən ABŞ və Böyük Britaniya diplomatik nümayəndəliklərinə hücumun qarşısını alıb.

AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə hüquq mühafizə orqanındakı mənbə məlumat verib. Qeyd olunub ki, terrorçular digər Avropa ölkələrinin səfirliklərinə də hücum etməyi planlaşdırırmış.

Agentliyin məlumatına görə, 22 mart tarixində saxlanılan terrorçunun ifadəsindən sonra planın üstü açılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar