“Monako” “Borussiya”nı səfərdə məğlub edib – Çempionlar Liqası

Dərc olunub: 12/04/2017 - 23:13

monako dortmundBu gün Çempionlar Liqasının ¼ finalının ilk oyununda “Borussiya” (Almaniya) “Monako”nu (Fransa) qəbul edib.

“Report” xəbər verir ki, görüş “Siqnal İduna Park” stadionunda baş tutub və qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində 18 yaşlı Kilian Mbappe dubl edib, daha biri qolu isə Dortmund komandasının oyunçusu Sven Bender öz qapısına vurub. “Borussiya”nın heyətində isə Usman Dembele və Sindzi Kaqava fərqlənib. Matçın 17-ci dəqiqəsində “Monako”nun müdafiəçisi Fabinyo penaltini reallaşdıra bilməyib.

Görüş ötən gün baş tutmalı idi. Lakin alman klubunun avtobusunun qarşısında törədilən partlayış səbəbindən bu günə təxirə salınıb.

Cavab qarşılaşması aprelin 19-da keçiriləcək.

Çempionlar Liqası. 1/4 final. 1-ci oyun

“Borussiya D” – “Monako” – 2:3

0:1 – Mbappe – 19, 0:2 – Bender – 35 (avtoqol), 1:2 – Dembele – 57, 1:3 – Mbappe – 79, 2:3 – Kaqava – 84.


loading...

Fikrinizi bildirin