"Tillerson danışıqlarda Moskvanı sanksiyalarla hədələməyib" - Lavrov

"ABŞ dövlət katibi Reks Tillerson Moskvada apardığı danışıqlarda Rusiyanı sanksiyalarla hədələməyib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"ABŞ dövlət katibi bu gün bizi sanksiyalarla hədələməyib, heç nə ilə hədələməyib. Biz gündəlikdə duran problemlərimizin mövcud olduğu məsələləri açıq müzakirə etdik", -deyə Rusiya XİN başçısı söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar