«Rusiya kimyəvi hücumun günahkarlarını «gizlədir»» – Ağ Ev

Dərc olunub: 12/04/2017 - 23:26

ag ev«AzPolitika.infn»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ Ev Moskvanın ünvanına belə bir ittihamla çıxış edib ki, Rusiya bu günlərdə Suriyada həyata keçirilmiş kimyəvi hücumun günahkarlarını «gizlədir» və bununla da İdlib əyalətində vəziyyətin araşdırılması məsələsindən diqqəti yayındırmağa çalışır.

Suriyada kimyəvi hücum barədə Donald Tramp administrasiyasının hazırladığı məxfi məruzənin bir hissəsi geniş ictimaiyyət üçün əlçatan olub – fraqmentləri «The New York Times» qəzetinin təzə nömrəsində dərc olunub.

ABŞ bir daha xatırladır ki, məhz Rusiya Bəşər Əsədin müttəfiqidir. Hücumla bağlı Kremlin yaydığı «provokasiyadır» səciyyəli bəyanat Vaşinqtonda «yaxına buraxılmır». Məruzə müəlliflərinin fikrincə, Xan-Şeyxun şəhərinin bombalanmasını şərh edərkən, Moskva «tanış sxemdən istifadə edir» – ziddiyyətli xəbərlər yayır. Bu xəbərləri yaymaqda məqsəd isə şübhələr səpmək və tərəddüd yaratmaqdan ibarətdir.

Amma elə həmin vaxtın peyk çəkilişləri birbaşa göstərir ki, zərbə şəhərin yaşayış məhəllələrinə endirilib. Suriyanın hökumət qüvvələrinin hərbi mənbələri isə təsdiqləyirlər ki, guya onların aviasiyası ümumiyyətlə, bu bölgədə uçuşlar həyata keçirməyib.

ABŞ hakimiyyəti israr edir ki, Əsəd rejiminin kimyəvi hücumla əlaqəsi heç bir şübhə doğurmur. Rusiya bununla razılaşmır və hesab edir ki, insident araşdırılma tələb edir.


loading...

Fikrinizi bildirin