«Ümidliyik, Rusiya Əsədə anladacaq ki, onun rejimi sona çatır» - Tillerson

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson jurnalistlərə xəbər verib ki, Suriya Prezidenti Bəşər Əsədin taleyi məsələsi Moskva danışıqları zamanı toxunulan əhəmiyyətli mövzulardan biri olub.

«Biz, doğrudan da Əsədin gələcək rolu barədə danışdıq: siyasi proseslərdə iştirakı və ya bu proseslərdə onun iştirakının olmaması məsələsi… Bizim mövqeyimiz belədir: Əsəd rejimi son çatır, onlar özləri bunda günahkardırlar - öz davranışları ilə, neçə illərdir, davam edən müharibə ilə. Rusiya ən yaxın müttəfiq olaraq, bu reallığı anlamaq məsələsində Əsədə kömək edə bilər» - deyə, amerikalı siyasətçi qeyd edib.

Tillersonun sözlərinə görə, ABŞ tərəfi bunda israr edir ki, Suriya Prezidenti Bəşər Əsədin öz postundan getməsi mütləq baş verməlidir. Amma bunu, «təşkilatçılıqla» etmək vacibdir.

«Biz, belə hesab edirik - Əsədin getməsi struktur-təşkilati formada baş verməlidir ki, bütün icmalar mütləq qaydada masa arxasında təmsil oluna bilsinlər - bu, çox vacibdir» - dövlət katibi əlavə edib.

Burada olduqca incə bir məqamı önə çəkmək lazımdır. Tillerson «bütün icmalar» deyərkən, heç şübhə yoxdur ki, ilk növbədə, Suriya kürdlərini nəzərdə tutub - Türkiyəni «tilovda saxlamaq» məqsədilə!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar