«ABŞ-la razılaşır və Çin kuklası kimi başlarını tərpədirlər» - PUTİN

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin Suriyadakı kimyəvi hücum barədə danışarkən, ABŞ-ı və onun NATO üzrə müttəfiqlərini tənqidə məruz qoyub. Onun sözlərinə görə, bu ölkələr baş verənləri analiz etmirlər.

«Mir» telekanalına verdiyi müsahibədə Prezident qeyd edib ki, Suriyanın Şayrat aviabazasına zərbə endirməsi beynəlxalq hüququn pozulmasıdır, çünki hücum, Dəməşq tərəfindən kimyəvi silahdan istifadəni təsdiqləyən heç bir sübut olmadan həyata keçirilib: «Suriya ordusu tərəfindən kimyəvi silahdan istifadəni iəsdiqləyən sübutlar hanı? Yoxdur! Amma beynəlxalq hüququn pozulması var. Bu, aşkar faktdır».

Rusiya liderinin fikrincə, Homs əyalətində Suriya aviabazasına raket zərbəsindən sonra NATO üzrə müttəfiqlər baş verənləri analiz etmirlər və «Çin kuklası» kimi başlarını tərpədirlər: «NATO üzrə müttəfiqlər necə reaksiya verdilər? Hamı başını Çin kuklası kimi tərpədir - nə baş verdiyini araşdırmadan…»

Prezident xatırladıb ki, oxşar situasiya 2003-cü ildə də yaranmışdı və o zaman da İraqa ordu yeritmək üçün «uydurma-bəhanə»dən istifadə olunmuşdu. Nəticədə, ölkə dağıdıldı: «Yeri gəlmişkən, məhz bundan sonra bölgədə müxtəlif terrorçu təşkilatların sayı artmağa başladı. Hamı bunu bilir, hamı bunu anlayır, amma yenə də elə həmin yolla gedirlər…».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar