Azərbaycanda mühərrik yağları zavodu işə başlayacaq

Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən sintetik mühərrik yağları istehsalı zavodu 2017-ci ilin sentyabrında istismara veriləcək.

Trend-in məlumatına görə, bunu "Alco Lubricant" şirkətinin baş mühəndisi Ariz Quliyev deyib.

Onun sözlərinə görə, zavodun istehsalat gücü illik 30 min ton mühərrik yağı təşkil edəcək: "Məhsulumuz "Mobil", "Exxon", "Shell" kimi şirkərtlərin məhsulu ilə rəqabat aparacaq və həm daxili bazarda, həm də Azərbaycan brendi ilə xarici bazarlarda satılacaq".

Baş mühəndis deyib ki, zavodun tikintisi üçün 10 milyon dollara yaxın vəsait cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar