"Prezident tərəfindən 3 800-dən çox məhkum əfv edilib" - Nazir

"Azərbaycan Prezidenti tərəfindən 3 800-dən çox, o cümlədən ötən ay 423 məhkum əfv edilib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 min insana şamil olunub".

"Report"un məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasda bildirib.

Onun sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək, 1500-dək məhkum cəza çəkməkdən azad olunub, yaxud cəza müddətləri azaldılıb.

"Bu baxımdan dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli sərəncamının müstəsna əhəmiyyəti var", - deyə nazir vurğulayıb.

F.Məmmədov deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş insan haqlarının prioritetliyi və humanizm siyasətinə sadiqlik ölkəmizdə dövlət idarəçiliyinin əsas prinsiplərinə çevrilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar