Roma Papası məhbusların ayaqlarını öpdü - FOTO

Roma Papası Fransisk İtaliyanın Palyano həbsxanasında 12 məhkumun ayaqlarını yuyub və öpüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, məhbuslardan üçü qadın, biri də müsəlman olub.

"Alçalan, təhqir olunan və rədd edilənlərin yanında olmaq kilsənin müqəddəs borcudur. Rəhmli olmaq və yadda saxlamaq lazımdır ki, biz hamımız səhv edə bilərik”, - Fransisk "La Repubblica” qəzetinə müsahibəsində deyib.

Roma Papasının səfər etdiyi həbsxanada polislə işləməyə razılaşan 50-dən çox mafiya üzvü saxlanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar