"BMT-nin Suriya bəyanatını dəstəkləməyəcəyik" - Lavrov

BMT-nin rəsmi Dəməşqi qınayan bəyanatını dəstəkləməyəcəyik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

“Dünən ABŞ Dövlət katibi Reks Tillersonla terrorizmlə mübarizə sayəsində Moskva və Vaşinqtonun beynəlxalq toplumu hərəkətə keçirməsi yönündəki səylərini artırmasının vacibliyini qeyd etdik. ABŞ-ın 7 aprel hücumunun da doğru olmadığını vurğuladıq. Xan Şeyhunda baş verənlərin müstəqil şəkildə araşdırılmasının qəti tərəfdarıyıq”, - XİN rəhbəri bildirib.

Qeyd edək ki, dünən Tillersonla Lavrov arasında 5 saatlıq görüş baş tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar