ABŞ təyyarəsi Rusiyanın hərbi bazası yaxınlığında - Suriyada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələrinə (HHQ) məxsus «P-8A Poseidon» qayıq əleyhinə patrul təyyarəsi Rusiyanın Suriyadakı Tartus material-texniki təchizat məntəqəsinin və Xmeymim aviabazasının yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib. Bu barədə hərbi aviasiyanın hərəkətini izləyən qərb saytları xəbər verib.

Onların məlumatına görə, göyərtə nömrəsi 168756 olan kəşfiyyatçı-təyyarə Sicilyadakı «Siqonella» aviabazasından havaya qalxıb və uzun müddət Aralıq dənizi hövzəsində - Suriyanın dəniz sərhədi boyunca uçuş həyata keçirib. Bəzi hallarda təyyarə Tartusdakı Rusiya bazasının yerləşdiyi istiqamətdə Suriya sərhədinə 40-45 kilometr məsafəyə qədər yaxınlaşıb.

Xəbər verildiyi kimi, cümə axşamı səhər saatlarında Kalininqrad vilayəti sahillərində də Brtaniyanın strateji kəşfiyyat təyyarələri növbəti dəfə kəşfiyyat uçuşu keçiriblər.

Elə həmin gün günortadan sonra Baltik dənizinin həmin rayonunda Britaniya təyyarələrini ABŞ radioelektron kəşfiyyat təyyarəsi əvəz edib. Bu təyyarə Britaniyanın Mildenholl aviabazasından havaya qalxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar