Yumurta iki dəfə bahalaşdı! – VİDEO

yumurtaBir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşıb.

İndi yumurta 13-14 qəpiyə satılır.

Bazarlarda ən ucuz yumurta indi 8 qəpiyə satılır. Amma onun da ölçüsü çox balacadır. Satıcılar qiymət artımının səbəbini bilmədiklərini deyir.

Respublika Quşçular Cəmiyyətindən verilən məlumata görə, yumurtanın qiyməti əslində 13-14 qəpik arasındadır. Bir müddət əvvəl bolluq olduğundan qiymətdə də ucuzlaşma olub. İndi isə yumurta yenidən öz qiymətinə qayıdıb. Yəni bu bahalaşma yox, qiymətin normallaşmasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar