Britaniya kəşfiyyatı Trampın Rusiya ilə əlaqələrini aşkarlayıb! - KİV

«AzPolitka.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyanın hökumət əlaqələri Mərkəzi (GCHQ) Donald Trampla yaxın əlaqəli şəxslərin və Rusiyanın agenti olan və ya agenti ehtimal olunan şəxslərlə hələ 2015-ci ilin sonlarında «şübhəli qarşılıqlı fəaliyyətdə» olduqlarını aşkarlayıb. Bu barədə "Guardian" qəzetinə Britaniya kəşfiyyatı ilə yaxınlığı olan mənbələr danışıblar.

Qəzetin həmsöhbəti təsdiqləyib ki, Trampın Rusiya ilə təmasları barədə məlumatı amerikalı həmkarlarına məhz Britaniya kəşfiyyatı ötürüb. Altı ay ərzində (2016-cı ilin yayına qədər) GCHQ digər qərb ölkələrinin xüsusi xidmətləri ilə «Trampın yaxın çevrəsinin Rusiya ilə təmasları barədə» məlumat mübadiləsi aparıb.

ABŞ-ın gələcək Prezidentinin çevrəsinin Moskva ilə mümkün əlaqələrinin «işlənməsi» prosesində Almaniya, Estoniya və Polşa da iştirak edib. Proses iştirakçılarından biri xəbər verib ki, Avstraliya da prosesə cəlb olunub, digəri isə Hollandiya və Fransanın da öz töhfəsini verdiyini bildirib.

Qəzet qeyd edir ki, Rusiya ilə qarşılıqlı fəaliyyət barədə məlumatlar «təsadüfi olaraq, Moskvanın kəşfiyyat sahəsindəki fəallığı üzərində müşahidə aparılması prosesi çərçivəsində» əldə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar