Türkiyə öz istehsalı olan «Altay» tankını nümayiş etdirib - «Leopard»ı əvəzləyəcək

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, bu ölkənin müdafiə nazirliyi (MN) xəbər verib ki, istehsal etdiyi «Altay» tankı kompleks sınaqlardan uğurla keçib. Hal-hazırda «Altay» tankının seriyalı istehsalı (250 tankın yığılması və təhvil verilməsi) və paralel logistik dəstəyi üçün iddiaçı alıcıların təkliflərinin qiymətləndirilməsi aparılır.

Türkiyə ümumilikdə, 1000 ədəd yeni tank istehsal etməyi düşünür. İstehsal üçün əsas alıcı Türkiyənin «Otokar», «VMC» və «FNSS» müdafiə şirkətləridir. Bəzi ekspertlər hesab edirlər ki, VMC şirkətinin şansı daha çoxdur, çünki onun rəhbərliyi ölkənin hazırkı hakim partiyası ilə sıx əməkdaşlıq edir.

«Altay» tankı 120 millimetrlik top lüləsi ilə silahlanıb. Bu, müasir tanklar üçün praktik standartdır. Zirehli maşını Rusiyanın «Arena» KAZ-ı əsasında yaradılmış fəal müdafiə kompleksi ilə təchiz edəcəklər. Bu kompleks tank əleyhinə raketləri və əl qumbaraatanı ilə edilmiş atəşləri hələ havada ikən vurub dağıtmağa imkan verir. Tankın çəkisi 60 tona yaxındır, mühərrikinin gücü isə 1,5 min at qıvvəsidir

2016-cı ildə Suriyadakı əməliyyatlar zamanı Türkiyə hərbçiləri «Leopard 2A4» tankı ilə problem yaşamalı olublar. Hazırda bu tank Türkiyə silahlı qüvvələrinin arsenalına daxildir.

Əl-Babda terrorçuların mövqelərinə hücum zamanı bir neçə həftə ərzində Türkiyə tərəfi 10-dan artıq Leopard tankı itirib. Mütəxəssislərin fikrincə, bu, Leopard tankının şəhər şəraitində döyüşə lazımı səviyyədə hazırlanmaması və onun layihələşdirilməsində buraxılmış səhvlərlə bağlıdır.

Xəbər verilir ki, Türkiyə istehsalı olan yeni «Altay» tankları ölkənin silahlı qüvvələrinin arsenalında olan Leopard tanklarını əvəzləyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar