Tillerson bir ildə 27 milyon dollar qazanıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ diplomatiyasının başçısı Reks Tillersonun 2016-cı ildə gəlirlərinin məbləği məlum olub.

«ExxonMobil»-in icraçı direktoru postunda Tillerson toplam 27,4 milyon dollar alıb. Şirkət bu məlumatları ABŞ birjasının qiymətli kağızlar komissiyasına göndərib.

«Röyter» agentliyinin məlumatına görə, ötən il əmək haqqının 4,0 faiz (3,2 milyon dollar) artması səbəbilə, Reks Tillersonun kompensasiya paketi 0,5 faiz artıb. Bundan başqa mükafatın məbləği də 8,0 faiz (19,7 milyon dollara qədər) artıb.

Xatırladaq ki, Reks Tillerson ötən ilin sonunda Donald Tramp hökumətində dövlət katibi vəzifəsinə təyinat alması səbəbilə, ExxonMobil şirkətinin başçısı postunu tərk edib. Dövlət Departamentində Tillersonun illik əmək haqqı 207, 8 min dollar səviyyəsində qiymətləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar