"“Milyarderlər ittifaqı” 10 azərbaycanlı tələbəni maliyyətləşdirsəydi..." - Zahid Oruc

"Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın tanınmış jurnalisti Vladimir Solovyovu qəbul edib, müsahibə verib. Ölkə rəhbərinin yüksək diplomatik məharətinin və güclü xarizmasının təkcə böyük dövlət adamlarının deyil, hətta Azərbaycan əleyhinə ardıcıl mövqe tutan istənilən adamın düşüncələrində kəskin dəyişiklik yaratdığına əminəm".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçkirilən plenar iclasında deyib.

O, həmin jurnalistin verilişlərinə azərbaycanlı ekspertlərin dəvət olunmaması məsələsinə də toxunub: "Nəinki Rusiyada, eləcə də Türkiyə, Gürcüstan, Ukrayna, o cümlədən Avropa arealında yaşayan azərbaycanlıların həmin ölkələrin iqtisadi-mədəni həyatına böyük töhfələr verir. Soyadaşlarımızın bir qismi xaricdə artıq 2-ci və ya 3-cü nəsil olaraq yaşayır, cəmiyyətin yuxarı eşalonlarında təmsil olunurlar. Lakin informasiya məkanına çıxmaq, siyasi meydanda aktiv yer almaq və dövlətlərin hakim elitasına daxil olmaq uğrunda fəaliyyətin zəifliyi ciddi problem olaraq qalır. Vaxtilə ulu öndər Heydər Əliyev Fransa prezidenti Jak Şirakla ilə görüşündə Şirak söyləmişdi ki, "erməni soyqırımı" ilə bağlı türk lobbi qruplarının kəskin etirazı küçə və meydanlarda nümayiş edilsə, onun komandası və qanunverici orqan təmsilçiləri də bununla hesablaşmağa məcbur olar. Deməli, bizim imkanlı soydaşlarımız xaricdə savadlı diplomata, hüquqşünasa, siyasətçiyə investisiya qoymaqla öz xalqının maraqları üçün nə qədər milsisiz işləri gördüyünün fərqində olmalıdırlar. Dövləti və xalqı belə savaşlarda qorumaq müharibədə iştiraka bərabər hadisədir. Ona görə də hər şeyi dövlətdən gözləmək yanlışdır".

Deputat bildirib ki, Rusiyada “milyarderlər ittifaqı” çətiri altına toplaşanalar 10 azərbaycanlı tələbəni maliyyətləşdirsəydilər, indi onların yetirmələri qabaqcıl informasiya texnoloqlarına çevrilərdilər: "Səfirlik və diaspor qurumlarımız milli ideoloji planlarının baş sətrinə bunu yazmalıdılar. Çünki səngərdəki döyüşlərlə yanaşı, informasiya müharibəsinin də öz generalları olmalıdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar