ABŞ şirkətləri Ər-Riyaddan 11 sentyabrın qisasını alır

ABŞ-ın 20 sığorta şirkəti Səudiyyə Ərəbistanının 2 bankını və bir sıra təşkilatlarını məhkəməyə verib.

Axar.az xəbər verir ki, məhkəməyə verilən şirkətlərin hamısı Üsamə Ben Laden ailəsi ilə bağlıdır. Amerikalı şirkətlərin ərəb şirkətlərinə qarşı qaldırdığı iddia 1,4 milyard dollar dəyərindədir. İddiaçılar ərəb bank və şirkətlərini Əl Qaidə ilə əlaqədə, eləcə 11 sentyabr teraktına dəstək verməkdə ittiham edirlər.

Qeyd edək ki, ABŞ bundan öncə terrorizmə sponsorluq edən ölkələrin məhkəməyə verilməsi imkanının yaradılması haqqında qərar qəbul edib. Bu sənəd sayəsində amerikalı vətəndaşlara Səudiyyə Ərəbistanını 11 sentyabr teraktına görə məhkəməyə vermək imkanı yaradılıb. İndiyə qədər 800 şəxs Ər-Riyadı məhkəməyə verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar