Güclü külək Yardımlıda evlərin dam örtüklərini uçurub

Bu gün səhər saatlarından başlayaraq cənub bölgəsinin dağlıq rayonlarında əsən güclü külək Yardımlı rayonunda da ciddi fəsadlar törədib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, güclü külək rayon ərazisindəki elektrik dirəklərini aşırıb, evlərin dam örtüklərini uçurub.

Nəticədə rayon mərkəzinə və kəndlərə elektrik verilişində fasilələr yaranıb, gün ərzində təmir briqadaları qəzaların aradan qaldırılmasına cəlb edilib.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xamıyev "Report"a rayon ərazisində elektrik enerjisinin verilişində fasilələrin yarandığını, ancaq bununla belə qəzaların qısa müddət ərzində aradan qaldırıldığını bildirib.

Sakinlər isə rayon mərkəzindən aralıda yerləşən kəndlərə hələ də elektrik enerjisinin bərpa olunmadığını deyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar