Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Qezada-sinmish-padpres-180912Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Nizami Gəncəvi prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar