Liondakı qalmaqala görə 12 nəfər tutulub

Dərc olunub: 14/04/2017 - 23:04

besiktas fransaDünən “Lion”la “Beşiktaş” arasında keçirilən Avropa Liqasının 1/4 final oyunundan (2:1) öncə iki klubun azarkeşlərinin arasında baş verən davaya görə 12 nəfər saxlanılıb.

Qol.az-ın xəbərinə görə, bu haqda Fransa mətbuatı məlumat yayıb. Məlumatda saxlanılanlar hansı klubun azarkeşi olduğu haqda açıqlanmayıb.

Əlavə edək ki, dava zamanı 2-i azarkeş, 5-i mühafizə xidmət olmaqla, ümumilikdə 7 nəfər yaralanıb.


loading...


Fikrinizi bildirin