ABŞ-ın sabiq müdafiə naziri: "Nüvə müharibəsi ehtimalı var" - VİDEO

Pentaqonun sabiq rəhbəri Leon Panetta NBC telekanalının efirində Koreya yarımadasında vəziyyətin gərginləşməsini müzakirə edib.

"Report" xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın Şimali Koreyaya qabaqlayıcı zərbəsi nüvə müharibəsinə gətirib çıxara bilər.

"Əvvəlki ABŞ prezidentlərinin Şimali Koreyaya qarşı "tətiyi nə üçün çəkməməklərinin" izahı var. Seulda 20 milyon insan zərbənin hədəfinə çevriləcək, milyonlarla insanın həyatına son qoya biləcək nüvə müharibəsi ehtimalı mövcuddur", - deyə RİA "Novosti" ABŞ-ın keçmiş müdafiə nazirinin sözlərini sitat gətirib.

O əlavə edib ki, münaqişənin nizamlanmasında Çin hökuməti rol oynamalıdır.

Bundan əvvəl Birləşmiş Ştatlar Cənubi Çin dənizinə hərbi gəmi göndərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar