"Ermənistan rəsmiləri ictimaiyyətə absurd..." - Ekspert

"Ermənistanın güc strukturlarını təmsil edən şəxslər demək olar ki, hər gün fantastik ideya ilə çıxış edərək, bu ölkənin “müdafiə qüdrəti” və “yeni silahları” barədə ictimaiyyətə absurd məlumatlar sırımaqla məşğuldurlar".

Bunu APA-ya hərbi mütəxəssis, ehtiyatda olan polkovnik Kamal Hüseynov Ermənistan hava hücumundan müdafiə qoşunlarının rəis müavini polkovnik Artur Poqosyanın bu ölkənin “Verba” daşınan zenit-raket kompleksləri əldə etməsi iddiasına cavab olaraq bildirib.

"Bu dəfə erməni xalqına təsəlliverici xəbəri çatdıran Ermənistanın hərbi-hava qüvvələri adlanan qurumun rəis müavini Artur Poqosyan olub. O, erməni mətbuatına bildirib ki, ötən ilin aprel hadisələrindən dərs çıxaran Ermənistan Müdafiə Nazirliyi havadan müdafiəni gücləndirmək məqsədilə çoxlu sayda “Verba” daşınan zenit-raket kompleksləri əldə edib.

Daim qorxu içərisində yaşayan erməni vətəndaşlarını sakitləşdirmək üçün guya indiyə kimi onların strateji müttəfiqi tərəfindən heç bir ölkəyə deyil, yalnız Ermənistana verilən bu silahın bölgədəki “güc balansını” Yerevanın xeyrinə dəyişməsi cəfəng fikri də yəqin ki, ancaq Poqosyan kimisinin fikrinə gələ bilərdi" - deyə, K. Hüseynov əlavə edib.

Onun sözlərinə görə, hazırda hər iki ölkənin qüvvələr balansını yaxından öyrənən və vəziyyəti ətraflı təhlil edən istənilən beynəlxalq ekspert cəmiyyəti Azərbaycanın Ermənistandan hərbi baxımdan qat-qat üstün olduğunu birmənalı şəkildə təsdiq edir: "Ermənistandan fərqli olaraq ölkəmizin maliyyə potensialı ordumuz üçün kifayət edəcək miqdarda ən müasir silah, döyüş texnikası alınması ilə yanaşı, həm də hərbi-sənaye kompleksinin inkişaf etdirilməsinə imkan verir. A. Poqosyan onu da dərk etməlidir ki, hazırda dünyada aparılan müasir müharibələrin səviyyəsi və formatı dəyişərək artıq zehni inkişaf səviyyəsində olan silahların tətbiqinə üstünlük verilir. Bunu isə aprel döyüşləri zamanı Azərbaycan Ordusu sərəncamında olan ən müasir və məhvedici gücə malik silahları bir qismini tətbiq etməklə bir daha təsdiq etdi.

Bir sözlə, əgər məlum hərbi lətifəni bir qədər başqa şəkildə ifadə etsək Ermənistandakı “Verba”lar “yəqin ki, ərazini örtəcək, amma müdafiə edə bilməyəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar