KİV: Ukrayna parlamentinin deputatı Krıma dincəlməyə gedib

Ukrayna Ali Radasının deputatı İqor Şkirya oğlu Dmitri ilə birlikdə Krımda dincələrkən “yaxalanıb”.

Virtualaz.org xəbər verir ki, bunu yerli sakinlərə istinadən Jurnalist Araşdırmaları Mərkəzi bildirib.

Qeyd olunur ki, Ali Radanın plenar iclaslarının keçirildiyi həftə ərzində Şkiryanı onun özünə məxsus olan və Qasprada (Yaltadan 12 kilometr aralıda qəsəbə - red.) yerləşən “Marat” otelində görüblər.

Deputata məxsus olduğu deyilən Ukrayna dövlət nömrə nişanlı avtomobil həftənin sonuna qədər otelin həyətində olub.

Maraqlıdır ki, Ali Radanın plenar iclasları keçirilən günlərdə İqor Şkirya deputatların elektron qeydiyyatından keçib, lakin müzakirə olunan məsələlər üzrə heç bir səsvermədə iştirak etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar