Qadağan nişanı olmayan yerlərdən də maşınlar evakuasiya edilir - VİDEO

Bakının Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsinin sakinlləri iddia edir ki, bir aydan çoxdur şənbə və bazar günləri evakuatorlar həmin küçədə yol kənarında dayanmış avtomobilləri cərimə meydançasına aparır.

"AzPolitika" "Xəzər TV”yə istinadən xəbər verir ki, sözügedən ərazidə heç bir dayanma və durmanı qadağan edən nişan yoxdur.

Sakinlər deyir ki, həyətləri olmadığından uzun illərdir avtomobillərini gecə-gündüz küçədə saxlayırlar. Amma bir aydan çoxdur gündüzlər növbəli şəkildə avtomobillərə keşik çəkirlər ki, evakuator aparmasın.

Çəkiliş zamanı sakinlərin dediyi yerdə dayanma və durmanı qadağan edən nişanın olmadığını biz də gördük. Nişan küçənin əvvəlində var ki, o da problemin yaşandığı əraziyə qədər olan hissədə qüvvədən düşür. Çünki həmin əraziyə qədər İsmayıl bəy Qutqaşınlı küçəsi bir neçə küçə ilə kəsişir.

Yol hərəkəti üzrə eksper Ərşad Hüseynov isə deyir ki, avtomobilin saxlanıldığı yerdən küçənin əks tərəfinə qədər olan məsafə 3 metrdən azdırsa, burda evakuator sürücüsü heç bir qanun pozuntusuna yol vermir. Çünki nişan az olduğundan ara küçələrə dayanma və durmanı qadağan edən nişanlar qoyulmur. Bunu bütün sürücülər bilməlidirlər ki, hərəkətin intensiv olduğu bəzi ara küçələr var ki, orda da avtomobili park etmək olmaz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar