İBLİSİN İRONİYASI və ya QƏRBİN TÜRKİYƏ ARZUSU – “Xaç suyuna gir” + VİDEO

Dərc olunub: 16/04/2017 - 14:01

Türkiyənin Avropa Birliyinə üzv qəbul olunması üçün Prezident Ərdoğana dinindən dönmək təklif edilir

3er

Keşişin etirafı: «Gələcək müsəlmanlarındır!»

Dünən Rusiya KİV-nin yaydığı xeyli maraqlı bir xəbərlə tanış oldum. Xəbər veilir ki, Yunanıstanın Pirey-Ellad pravoslav kilsəsinin Serafim adında mitropoliti Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğana göndərdiyi rəsmi-açıq məktubda yazıb: «Tövbə et və xaç çevir». Yəni ki, dinini dəyiş və xristianlığı qəbul ki, sənin ölkəni Avropa İttifaqına üzv qəbul etsinlər.

Ərdoğana dinindən dönmək və «xaçı öpmək» təklif edilib

1erdo

Xatırlayırsınızsa, bir neçə gün bundan əvvəl Prezident Ərdoğan Türkiyənin nə üçün 54 il ərzində Avropa Birliyinə qəbul edilməməsinin gerçək səbəbi kimi, bu birliyin xristian birliyi, Türkiyənin isə islam ölkəsi olduğunu bəyan emişdi. Əslində, bunu hamı bilirdi, amma indiyə qədər heç kim hörmətli Ərdoğan dediyi kimi deməmişdi – aşkar və rəsmi!

Sözügedən məktubun surəti nüfuzlu kimi təqdim olunan, əslində isə insanların beyninə «xristian şovinizmi toxumları» səpən «Romfea.gr» saytında dərc olunub. Keşiş, uzun-uzadı müraciətində «pravoslav Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına görə, Rusiyadan üzr istədiyi üçün Ərdoğana təşəkkür edib» və «insan ruhunun xilası üçün, özünün, yaxınlarının və ÖZ XALQININ XİLASI ÜÇÜN (seçmə mənimdir – M.A.)» tövbə etməyi və insan qiyafəsindəki İsaya – Xilaskara iman gətirməyi ona «məsləhət görüb».

262546.bArdınca, İblis cildinə girmiş Serafim Türkiyə Prezidentinə «məsləhət» görüb ki, özününi hazırkı müttəfiqi, Rusiyanın Prezidenti Vladimir Putindən özünə «xaç atası» olmağı və Fanarda (İstambulda tarixi pravoslav məhəlləsi – M.A.) İstambul patriarxı 1-ci Varfolomeydən onu xaç suyuna salmağı xahiş etsin.
Böyük ehtimlla, İblis cildindəki keşişin bu gözlənilməz təklifi aprelin 2-də Ərdoğanın Ankaradakı mitinqdə səsləndirdiyi «nə üçün Türkiyə 54 ildir ki, Avropa Birliyinə daxil ola bilmir? Səbəb, tam aydındır – Avropa İttifaqı xristian ittifanıdır» bəyanatına iblisanə formada təqdim olunmuş bir ironiyadır – şovinist xristian ironiyası!

Buradan belə bir məntiqi nəticə çıxarmaq olar ki, 54 ildir , xristian avropasının açıq şəkildə söyləyə bilmədiyini indi bu keşiş dilə gətirib. Maraqlıdır ki, keşiş Serafim bu məktubunda Türkiyənin Avropa Birliyinə üzv qəbul olunması və «Türkiyə xalqının xilası xatirinə», hər zaman müsəlman olduğu ilə öyünən və bundan qürur duyan Prezident Ərdoğana dinindən dönməyi və «xaçı öpməyi» təklif edir. Deməli, Türkiyəni «qucaqlamaq» üçün Avropanın yeganə şərti bundan ibarət imiş…

0er
Amma keçməz – Türkiyə artıq 100 il bundan əvvəlki Türkiyə (Osmanlı) deyil və Ərboğan da nəzərlərini kifayət qədər müdrikliklə, gələcəyə yönəldib. Gələcək isə müsəlmanlarındır! Bunu digər bir pravoslav keşişi deyir…

«Gələcək miüsəlmanlarındır…»

88Ötən ilin noyabrında Rusiyanın iri səhərlərindən birində yasayan tatar dostum mənə xeyli maraqlı bir videosujet gondərmişdi. Sujetdə pravoslav kesisi olduqca maraqlı mətləbə toxunur. Kilsəyi ibadətə gəlmis xristianlar qarsısında cıxıs edən Moskvalı kesis Dmitri Smirnov musəlmanların xeyirxahlıgından, Allaha daha yaxın oldugundan sohbət acır və belə bir proqnoz səsəndirir: «Gələcək həmin musəlmanlarındır. Bu dunyanın sakini onlar olacaqlar…».

Keşişin çıxışının mətni (ruscadan tərcüməsi) «AzPolitika.info»-nun 13 noyabr 2016-cı il tarixli sayında dərc olunub. Keşiş deyir:

«Bu gün yaşlı bir qadın mənə yaxınlaşıb dedi:

– Müqəddəs ata, bir mətləbi mənə izah edərsənmi?

- De gəlsin – çalışaram… hərdən elə suallar verirlər ki, cavab verə bilmirsən…

– Mən kilsəyə ibadətə getmək istəyəndə, əl qaldırıram, maşın saxlayır… məni aparır. Sükan arxasındakı müsəlman olanda, məndən pul almır və deyir: Necə ola bilər ki, oğul anadan pul alsın, xüsusilə də o halda ki, ana ibadət etməyə gedir? Sükan arxasındakı xaçpərəst (xaç suyuna salınmış pravoslav) olanda, «bu, mənim işimdir» – deyir və məndən pul alır…

– Çox sadə! Həmin müsəlmanlar İsaya daha yaxındırlar, nəinki xaçpərəstlər – hətta ola bilsin ki, Pasxada-zadda kilsəyə də gedirlər və s. Çünki onlarda mərhəmət, xeyirxahlıq, başqalarının halına acımaq hissləri yoxdur. Nənədən yapışmaq, «gəl səni bir qədər də gəzdirim, gəl səni camaşırxanaya aparım, qəbzini ödəyim, zənbilini liftə qədər (mərtəbəyə qədər) aparım» – deyə, onu dilə tutmaq əvəzinə, xaçpərəst sürücü ondan pul alır. Hansı ki, bu əməllər Allahın xoşuna gələnlərdəndir…

Maraqlıdır, nələrin Allaha xoş gəldiyini müasir müsəlman bilir, amma müasir xaçpərəst (xaç suyuna salınmış pravoslav) bilmir. Deyin, indi Allaha kim daha yaxındır?

Ona görə, də gələcək həmin müsəlmanlarındır – onlarındır gələcək! Bu dünyanın sakini onlar olacaqlar. Çünki bütün bunlar müasir xaçpərəstə lazım deyil. Müsəlmanlar bir başqadırlar – onlar qızğındırlar, dini ayinlərə əməl edirlər, Allaha ibadət edirlər… Hətta bayram günlərində müsəlmanların yaşadığı məhəllələrə girməyə belə ehtiyat edirsən – on minlərlə cavan kişi diz üstə çöküb, Allaha dua edir! Harada görmüsünüz ki, bu qədər xaçpərəst kişi ibadətlə məşğul olsun? Heç yerdə və heç vaxt rast gəlinməyib – yalnız qoca qadınlar…».

turk-islam-birligi_99049

İndi Yunanıstanlı «parvoslav iblis» Allaha yaxın olanları ondan uzaqlaşdırmaq cəhdi göstərir və bu zaman, Böyük Yaradana yaxın olduqları üçün müsəlmanlara «gülür». Bax, İblis ironiyası buna deyirəm…

Mirzə Ağ
AzPolitika.info


loading...




Fikrinizi bildirin